Oğlanlar arasında "Avropa basketbol həftəsi" turniri keçirilib
Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi və Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında “Avropa basketbol həftəsi” turniri keçirilib.

Turnir "UNIFIED Sports" (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq 2 divizionda təşkil olunub.

Yekun nəticələrə görə, birinci yeri Xəzər rayonu 1 nömrəli sosial xidmət müəssisəsinin komandası tutub. İkinci və üçüncü yerlərdə Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin və Sabunçu rayonu 170 nömrəli inklüziv sinifli tam orta məktəbin basketbolçuları tutublar.

Qeyd edək ki, turnirdə hər biri 10 atlet olmaqla 12 komanda iştirak edib.

Xəbər 425 dəfə oxundu.