Dünyada 30-cu, Avropada 15-ci, MDB-də 5-ci

London Olimpiadasındakı nəticələrinə əsasən, 30-cu yeri tutan Azərbaycan Avropa ölkələri arasında 15-ci olub. Keçmiş SSRİ respublikaları arasında isə 5-ci yerdədir. Ölkəmiz türkdilli dövlətlər arasında yalnız Qazaxıstandan geri qalır. Maraqlıdır ki, cəmi 4 türkdilli dövlətin - Qazaxıstan, Azərbaycan, Türkiyə və Özbəkistanın birlikdə nəticəsi 12 qızıl, 5 gümüş və 15 bürünc (cəmi 32) medal olub. Bu da medal qazanan ölkələr siyahısında 5-ci yeri tutan Cənubi Koreyanın ümumi medalından (28), 6-cı yeri tutan Almaniyanın isə qızıllarından (11) çoxdur.

Xəbər 997 dəfə oxundu.