“Sabah” klubu serbiyalı futbolçu ilə ikiillik müqavilə imzalayıb
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Serbiyalı hücumçu Petar Şkuletiçlə ikiillik müqavilə bağlanılıb.

Otuz bir yaşlı müdafiəçi karyerası ərzində Serbiyanın “Teleoptik”, “Voyvodina”, “Radniçki Niş”, “Partizan”, Avstriyanın LASK, Monteneqronun “Zeta”, Rusiyanın “Lokomotiv Moskva”, Türkiyənin “Gənclərbirliyi”, “Sivasspor” və Fransanın “Monpelye” klublarında çıxış edib.

P.Şkuletiç Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transfer “Sabah”da 7 nömrəli formada çıxış edəcək.

Xəbər 596 dəfə oxundu.