Bu gün UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün qrup mərhələsinə start verilir
Sentyabrın 14-də futbol üzrə 2021-2022-ci il mövsümünün qrup mərhələsinə start verilir.

İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Onların altısı Bakı vaxtı ilə saat 23:00-da, ikisi isə 20:45-də start götürəcək.

Gecənin ən maraqlı görüşü “E” qrupunda yer alan komandalar arasında baş tutacaq. İspaniyanın “Barselona” klubu öz meydanında Almaniyanın “Bavariya” komandasını qəbul edəcək. Kataloniya təmsilçisi meydana ciddi itkilərlə çıxacaq. Belə ki, Serxio Aquero, Martin Breytueyt, Mussa Vaqe, Osman Dembele, Serxio Roberto və Ansu Fati oyunu buraxacaqlar. Jordi Alba və Serjino Dest meydana çıxıb-çıxmayacağı sual altındadır. Münxen təmsilçisinin isə heyətində bir futbolçu zədəlidir. O, yarımmüdafiəçi Korenten Tolissodur.

Bu qrupun digər görüşü Ukraynada oynanılacaq. “Dinamo Kiyev” doğma azarkeşlər önündə Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək.

“F” qrupunda mübarizə aparan UEFA Avropa Liqasının sonuncu qalibi İspaniyanın “Vilyarreal” klubu İtaliyanın “Atalanta” komandasını qəbul edəcək. Qrupun digər görüşündə “Yanq Boyz” (İsveçrə) və “Mançester Yunayted” (İngiltərə) komandaları münasibətlərə aydınlıq gətirəcək.

Günün bütün görüşləri aşağıdakılardır:

“E” qrupu

“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya);

“Dinamo Kiyev” (Ukrayna) – “Benfika” (Portuqaliya).

“F” qrupu

20:45 - “Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə);

“Vilyarreal” (İspaniya) – “Atalanta” (İspaniya).

“G” qrupu

20:45 - “Sevilya” (İspaniya) – “Zalsburq” (Avstriya);

“Lill” (Fransa) – “Volsburq" (Almaniya).

“H” qrupu

“Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya);

“Malmö” (İsveçrə) – “Yuventus” (İtaliya).

Qeyd edək ki, qrup mərhələsinin digər 8 qarşılaşması sentyabrın 15-də oynanılacaq.

Xəbər 436 dəfə oxundu.