“Qarabağ”ın futbolçusu Filip Ozobiç Premyer Liqada 100-cü oyununu keçirib | |
“Qarabağ”ın futbolçusu Filip Ozobiç Premyer Liqada 100-cü oyununu keçirib. Yarımmüdafiəçinin yubileyi üçüncü turun “Neftçi” ilə səfər matçına (2:1) təsadüf edib. 2016-cı ildən Azərbaycan çempionatında çıxış edən 30 yaşlı futbolçu iki klubun formasını geyinib. O, 2016-2018-ci illərdə “Qəbələ”də 46, 2018-2021-ci illərdə “Qarabağ”da 54 görüşdə iştirak edib. F.Ozobiç Premyer Liqadakı 100 qarşılaşmada 38 qol vurub. Bunlardan 16-sı Qəbələ, 22-si Ağdam klubunun heyətində qeydə alınıb. Qeyd edək ki, futbolçu Premyer Liqada ilk oyununu 2016-cı il avqustun 8-də “Qəbələ”nin heyətində “Kəpəz”ə (2:0) qarşı keçirib. |
|
Xəbər 451 dəfə oxundu. |
|
|