Azərbaycan Muay-tay Federasiyasının ofisində birinci MDB Oyunlarının iştirakçıları ilə görüş olub
Azərbaycan Muay-tay Federasiyasının ofisində birinci MDB Oyunlarının iştirakçıları ilə görüş olub.

Federasiyanın prezidenti Azər Həsənsoy komanda üzvlərini təbrik edərək, bəzi çatışmamazlıqları diqqətə çatdırıb. Federasiyanın vitse-prezidentləri Ramiz Quliyev və Namiq Əsgərov idmançılarımıza uğurlar arzulayıblar.

Daha sonra komanda üzvlərinə federasiyanın hədiyyələri təqdim olunub.

Xatırladaq ki, 6 idmançı ilə yarışda təmsil olunan komandamız iki gümüş və eyni sayda bürünc medal qazanıblar.

Xəbər 555 dəfə oxundu.