“Baku Fire” futzal komandasının üzvləri üçün seminar təşkil olunub
Futzal üzrə Yüksək Liqanın 2021-2022-ci il mövsümündə iştirak edəcək klublar üçün seminarlar keçirilir.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, növbəti belə seminar “Baku Fire” komandasının üzvləri üçün təşkil olunub.

Komandanın məşqindən əvvəl federasiyanın hakimləri üzrə koordinatoru Elçin Məmmədov qaydalardakı (Əsasnamə və ya Oyun Qaydaları) dəyişikliklər, təlimatlardakı əlavələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Xəbər 420 dəfə oxundu.