Karateçilərimizin Bazel uğuru
Sentyabrın 11-12-də İsveçrənin Bazel şəhərində "XI İnternational Basel Open Masters" turniri keçirilib.

Azərbaycan Milli Katate Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında yarışda ölkəmizi müxtəlif yaş qrupları və kateqoriyalarda 13 karateçi təmsil edib.
İdmançılarımız turnirdə 3 qızıl, 3 gümüş və 4 bürünc olmaqla, 10 medal qazanıblar.

Karateçilərimizdən Tural Ağalarzadə (67 kq), Pənah Abdullayev (84 kq) və mütləq çəkidə Turqut Həsənov qızıl medal qazanıblar. Rafiz Həsənov (67 kq) və Asiman Qurbanlı (84 kq) gümüş medala layiq görülüblər. Asiman daha bir gümüşü mütləq çəkidə qazanıb.

Bürünc medalları isə, Firdovsi Fərzəliyev (67 kq), Ülvi Qurbanlı (60 kq), Məhəmməd İsmayılov (67 kq) və Samir Məmmədov (75 kq) əldə ediblər.

Xəbər 451 dəfə oxundu.