Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi məlum olub
“Maklaren” komandasını pilotu Daniel Rikkardo Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi olub.

Yarışda ikinci yeri Rikkardonun komanda yoldaşı Lando Norris tutub. Ən güclü üçlüyü "Mercedes"in pilotu Valtteri Bottas qapayıb.

Qeyd edək ki, Formula 1 Dünya Çempionatının 14-cü mərhələsi olan İtaliya Qran-prisinin dünənki sprint yarışında "Mercedes" komandasından olan Valtteri Bottas qalib gəlib. "Red Bull"dan olan niderlandlı Maks Verstappen ikinci olub. Daniel Rikkardo isə üçüncü nəticəni göstərib.

Xəbər 443 dəfə oxundu.