MDB Oyunları: Azərbaycan badmintonçuları 1 qızıl, 3 gümüş, 1 bürünc medal qazanıb
Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən 1-ci MDB oyunlarında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.

Oğlan badmintonçuların şəxsi yarışında Diki Pangestu finalda Qazaxıstan idmançısı Dmitriy Panarini 2:0 hesabı ilə məğlub edərək MDB oyunlarının qalibi olub.

Qızların şəxsi yarışında badmintonçumuz Era Maftuha finalda Rusiya təmsilçisi Mariya Qolubevaya 0:2 hesabı ilə uduzaraq turnirin gümüş medalına layiq görülüb.

Oğlanların qoşa yarışında Diki Pangestu-Məhəmməd Xədafi cütü finalda Rusiya badmintonçuları Georgiy Lebedev-Lev Barinov tandemi ilə qarşılaşıb. 3 set davam edən qarşılaşma badmintonçularımızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Badmintonçularımız müvafiq kateqoriyada gümüş medala yiyələnib.

Qarışıq-qoşa yarışında yarımfinalda Pavel Moniç-Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov-Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb.

Xatırladaq ki, daha öncə yeniyetmə və gənc badmintonçularımızdan ibarət millimiz komanda yarışında gümüş medal qazanıb.

Xəbər 725 dəfə oxundu.