MDB Oyunları: Azərbaycan karateçiləri yarışı 9 medalla başa vurub
Bu gün Rusiyanın Kazan şəhərində başa çatmaqda olan I MDB Oyunlarında Azərbaycan karateçiləri 9 medal qazanıblar.

Kumite yarışlarında 50 kq çəki dərəcəsində yarışan İnci Əzizova qızıl medal qazanıb.

Kumitedə finaladək irəliləyən Əminağa Quliyev (60 kq) və Osman Osmanlı (+84 kq) gümüş medala əldə ediblər.

Kumite yarışlarında digər idmançılarımız Mədinə Sadıqova (55 kq), Sultan Hüseynov (60 kq), Nuran Rzazadə (67 kq) və Abbas Dadaşov (84 kq) bürünc medal qazanıblar.

Kata yarışlarında Həsənəli Həsənov gümüş, Ceyhun İsmayılov bürünc medala layiq görülüblər.

Xəbər 589 dəfə oxundu.