MDB Oyunları: Azərbaycan badmintonçuları bürünc medal qazanıb
Azərbaycan badmintonçuları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.

Qarışıq-qoşada mübarizə aparan Aqil Qəbilov / Era Maftuha cütü yarımfinalda Rusiyanı təmsil edən Pavel Moniç / Regina Qaliaxmetova cütünə məğlub olmaqla, 3-cü yer tutub.

Qeyd edək ki, hazırda aktivində 13 qızıl, 11 gümüş və 27 bürünc medal olan Azərbaycan 3-cü pillədə qərarlaşıb.

Xəbər 469 dəfə oxundu.