Futbolçumuz Amit Quluzadə Yunanıstan klubuna keçə bilər
Hazırda klubsuz qalan təcrübəli futbolçu Amit Quluzadə yenidən ölkə xaricinə yollana bilər. Belə ki, Yunanıstanın 2-ci liqa təmsilçisi “Apollon Larissa” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Əgər tərəflər müqavilə şərtlərini razılaşdırsa, A.Quluzadə Ellada təmsilçisi ilə birillik müqavilə bağlayacaq.

Qeyd edək ki, futbolçu bundan əvvəl də Yunanıstanda çıxış edib və məhz Larissa şəhərinin eyni adlı təmsilçisində oynayıb. Onun sonuncu klubu isə Moldovanın “Milsami” komandası olub.

Xəbər 324 dəfə oxundu.