Futbolçumuz Emin Mahmudov dünya çempionatının seçmə mərhələsində birinci olub
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ikili mübarizədən ən çox qalib ayrılan futbolçu olub.

29 yaşlı yarımmüdafiəçi 26 dəfə belə top qazanıb. E.Mahmudovu sloveniyalı müdafiəçi Petar Stoyanoviç izləyir (18).

Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə üçüncü sırada qərarlaşıb. O, 17 dəfə rəqibindən topu almağı bacarıb.

Xəbər 303 dəfə oxundu.