Futzal üzrə Azərbaycan millisi birinci MDB Oyunlarında beşinci olub
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Rusiyanın Kazan şəhərində təşkil olunan birinci MDB Oyunlarında sonuncu oyununu keçirib.

Beşinci yer uğrunda oyunda moldovalı yaşıdları ilə qarşılaşan komandamız 10:5 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində Əli Mahmudov (3), Nurlan Məmmədzadə (2), Xəzər Ağalızadə (2), Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə fərqləniblər.

Qeyd edək ki, indiyədək Azərbaycan komandası “Kazan-2021”də 46 medal qazanıb. Onlardan 13-ü qızıl, 10-ü gümüş və 23-ü bürüncdür.

Xəbər 442 dəfə oxundu.