MDB Oyunları: Azərbaycanın daha bir karateçisi ermənini məğlub edib
Azərbaycan karateçisi Nuran Rzazadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında ilk görüşünə çıxıb.

67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi David Davtyanla qarşılaşıb. Rəqibinə qalib gələn Rzazadə 1/4 finala yüksəlib.

Daha əvvəl Əminağa Quliyev 1/8 finalda ermənistanlı Geqam Nikoqosyanla dueldən qalib ayrılıb.

********
Azərbaycan karateçisi Əminağa Quliyev Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında finala yüksəlib.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində Ermənistan təmsilçisi Geqam Nikoqosyan üzərində qələbə qazanıb. 1/4 finalda qırğızıstanlı Alişer Sayakbayevə qalib gələn idmançımız, yarımfinalda rusiyalı Georgi Burtsevdən güclü olub.

**********

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan karateçisi Abbas Dadaşov (84 kq) ilk görüşünə çıxıb. 1/4 finalda rəqibi erməni Artaşes Arutyunyana qalib gələrək yarımfinala yüksəlib. Lakin yarımfinalda mübarizəni dayandırıb





Xəbər 459 dəfə oxundu.