“Keşlə” klubu Tounkaranı yenidən geri qaytarır
Bakının “Keşlə” klubu heyətini sabiq futbolçusu ilə gücləndirir. Söhbət Sadio Tounkaradan gedir.

Bu barədə “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov məlumat verib. Onun sözlərinə görə, hazırda təcrübəli futbolçu ilə danışıqlar davam etdirilir. Əgər maliyyə məsələsində razılıq əldə olunsa o, yenidən “Keşlə”nin uğurları üçün çalışacaq.

Malili futbolçu ölkəmizdəki ən yaxşı günlərini “Xəzər-Lənkəran”da keçirib. Lənkəran təmsilçisindən başqa, ölkəmizdə AZAL və “Zirə” klublarında da çıxış etmiş Tounkara Kiprdə “EN Paralimniou”, Estoniyada “Narva Trans”ın şərəfini qoruyub.

Transfer rəsmiləşsə, bu, Tounkaranın “Keşlə” klubuna üçüncü dönüşü olacaq. O, müxtəlif illərdə iki dəfə paytaxt təmsilçisinin formasını geyinib.

Xəbər 346 dəfə oxundu.