Azərbaycanın cüdo üzrə millisi birinci MDB Oyunlarının finalına yüksəlib
Azərbaycanın cüdo üzrə milli komandası Kazanda keçirilən birinci MDB Oyunlarının finalına yüksəlib.

Komanda yarışlarında çıxış edən millimiz dörddəbir finalda Qırğızıstana 5:1, Qazaxıstana isə 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb.

Qeyd edək ki, indiyədək Azərbaycan komandası “Kazan-2021”də 46 medal qazanıb. Onlardan 13-ü qızıl, 10-ü gümüş və 23-ü bürüncdür.

Xəbər 441 dəfə oxundu.