Futzal üzrə Azərbaycan millisi Qırğızıstan yığmasına məğlub olub | |
Rusiyanın Kazan şəhərində təşkil olunan birinci MDB Oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Qırğızıstandan olan həmyaşıdları ilə üz-üzə gələn futzalçılarımız məğlub olublar – 3:8. Komandamızın heyətində Xəzər Ağalızadə, Fuad Məmmədzadə və Şahmar Cəfərli fərqləniblər. U-19-un sabah 5-ci yer uğrunda keçirəcəyi oyundakı rəqibi Moldova millisi olacaq. |
|
Xəbər 329 dəfə oxundu. |
|
|