MDB Oyunları: Azərbaycan cüdoda ikinci qızıl medalı qazanıb
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının cüdo yarışlarında final görüşlərinə start verilib.

60 kq çəkidə Azərbaycanın iki təmsilçisi Əhməd Yusifov və Rövşən Əliyev qızıl medal uğrunda qarşılaşmada bir-birinə rəqib olub. Görüşü Rusiyadan olan azərbaycanlı hakim idarə edib.

Döyüşün taleyi qızıl xalla həll olunub. Əliyev cərimə xalları hesabına qalib gələrək, çempion olub. Yusif isə gümüş medalla kifayətlənib.

52 kq çəki dərəcəsində Azərbaycanın qadın cüdoçusu Səbinə Əliyeva final görüşünə çıxıb. İdmançımız həlledici qarşılaşmada belaruslu Anna Burakovaya rəqib olub. Görüş onun ipponla qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan cüdo millisi yarışı 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Xəbər 593 dəfə oxundu.