“Qəbələ”nin UEFA Gənclər Liqasının birinci mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib
“Qəbələ”nin UEFA Gənclər Liqasının 2021/2022-ci il mövsümünün birinci mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.

Çempionlar yolunda mübarizə aparacaq U-19 komandamız Niderlandın “Alkmaar” klubu ilə qarşılaşacaq.

İlk oyun sentyabrın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək və matç saat 17:00-da başlayacaq. Cavab qarşılaşması oktyabrın 19-da təşkil olunacaq. Matç “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, bu cütün qalibinin növbəti rəqibi “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) matçında müəyyənləşəcək.

Xəbər 346 dəfə oxundu.