Azərbaycan 2023-cü ildə II MDB Oyunlarını keçirmək üçün namizədliyini irəli sürüb
“MDB-yə üzv ölkələrin Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Şurasının bugünkü iclas başa çatdı. Müxtəlif məsələlər və 2023-cü ildə II MDB Oyunlarının keçirilməsi məsələsi müzakirə edilib.

Bu fikirləri Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov deyib.​

O, Azərbaycanın yarışa ev sahibliyi etməklə bağlı namizədliyini irəli sürdüyünü xatırladıb: "Belarus da öz namizədliyini açıqlayıb. Hesab edirik ki, ilin sonunadək məsələyə aydınlıq gələcək.​

N.Novruzov növbəti yarışda hansısa idman növlərinin proqrama əlavə edilməsi ehtimalına toxunub: "Hazırkı reqlamentə görə hansısa məhdudiyyət yoxdur. Bu kimi məsələlər ev sahibi bilinəndən sonra müzakirə olunacaq. Biz də öz növbəmizdə çalışacağıq ki, bizə yaxın idman növləri də proqramda yer alsın. Bizim ölkəmizin böyük tədbirləri keçirmək üçün kifayət qədər təcrübəsi var. Çox hallarda bizdən müəyyən məsləhətlər istəyən ölkələr olub. Burada bəzi təşkilati və digər məsələlərə diqqət yetiririk. Hesab edirik ki, Azərbaycan II MDB Oyunlarına ev sahibliyi etsə, hər kəsi təəccübləndirəcək".

Xəbər 464 dəfə oxundu.