“Avropa basketbol həftəsi” turnirinin qalibləri müəyyənləşib
Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi və Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə qızlar arasında "Avropa basketbol həftəsi" turniri keçirilib.

Turnir "UNIFIED Sports" proqramına uyğun olaraq 2 divizionda təşkil olunub.

Yekun nəticələrə görə, turnirdə birinci yeri Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin komandası tutub. Xəzər rayonu 1 nömrəli Sosial Xidmət Müəssisəsi və Sabunçu rayonu 170 nömrəli inklüziv sinifli tam orta məktəbin basketbolçuları isə ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, turnirdə hər biri 10 atlet olmaqla 12 komanda iştirak edib. Yarış 2022-ci ilin beynəlxalq turnirlərinə hazırlıq xarakteri daşıyır.

Xəbər 569 dəfə oxundu.