“Neftçi” klubunun müdafiəçisi zədələnib
Futbol üzrə milli komandamızın və “Neftçi”nin üzvü Mərt Çelik zədələnib.

U-21 millisinin üzvü Avstriya ilə keçirilən son qarşılaşmanın 23-cü dəqiqəsində zədələnərək meydanı tərk edib. Onun vəziyyəti tibbi müayinədən sonra aydınlaşacaq. Böyük ehtimalla müdafiəçi üçüncü turda “Qarabağ”la vacib görüşü buraxmalı olacaq.

Xəbər 331 dəfə oxundu.