Bu gün Azərbaycanın U-19 futzal komandası qırğızıstanlı həmyaşıdları ilə qarşılaşacaq
Birinci MDB Oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Komandamız Bakı vaxtı ilə saat 16:00-da Qırğızıstandan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimiz ilk oyununda Rusiya yığmasına 0:6 hesabı ilə məğlub olub.

Xəbər 311 dəfə oxundu.