Azərbaycanın U-21 komandası Avstriya yığmasına böyük hesabla məğlub olub
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Səfərdə Avstriyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:6 hesabı ilə məğlub olub.

Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

Xəbər 408 dəfə oxundu.