AFFA-nın nümayəndəsi UEFA tərəfindən növbəti təyinat alıb
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Marsel” (Fransa) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Matç sentyabrın 16-da Moskvadakı “Lokomotiv” stadionda keçiriləcək.

Xəbər 483 dəfə oxundu.