Futzal üzrə Azərbaycan millisi “Kazan-2021”də ilk oyununu keçirib
Bu gün birinci MDB Oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ilk matçını keçirib.

Rusiyanın Kazan şəhərində təşkil olunan qarşılaşmada komandamız belaruslu həmyaşıdlarına məğlub olub – 0:6.

B qrupunda yer alan U-19 növbəti oyununu sentyabrın 9-da keçirəcək. Ağatahir Əzimovun başçılıq etdiyi komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq.

Xəbər 339 dəfə oxundu.