Oğlanlar arasında futbol üzrə seçmə yarışın qalibləri müəyyənləşib
Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında futbol üzrə seçmə yarış keçirilib.

Seçmə yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq 3 divizionda təşkil edilib. Yekun nəticələrə görə, birinci yeri Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin komandası tutub. İkinci pillədə Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin, üçüncü yerdə isə məşqçi-müəllim Lyudmila Qasıyevanın komandası qərarlaşıb.

Qeyd edək ki, yarışda hər biri 10 atlet olmaqla 17 komanda iştirak edib.

Xəbər 342 dəfə oxundu.