Birinci MDB Oyunları: Samboçularımız iki qızıl medal qazanıblar
Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir.

Bu gün stend atıcılığı, stolüstü tennis, güllə atıcılığı, sambo, futzal və tayboks növlərində idmançılarımız mübarizə aparırlar.

Samboçularımızdan Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq) qızıl, Adil Adilzadə (88 kq) isə burunc medal qazanıblar. Bununla da, Azərbaycanın qazandığı medalların sayı 29-a çatıb. Onlardan 8-i qızıl, 5-i gümüş, 14-ü bürünc medaldır.


Xəbər 793 dəfə oxundu.