Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunda qaliblər müəyyənləşib
İkinci onlayn Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunda qrup oyunları başa çatıb.

İndoneziya, Latviya, İsrail, Sloveniya, Kolumbiya yığmaları öz qruplarında qalib adını qazanıblar. Hər qrupda ilk üçlükdə qərarlaşan komandalar birinci divizionda iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, Azərbaycan milli komandası birinci diviziondan olimpiadaya qoşulacaq. Yığma komandamızın əsas heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar.

Sentyabrın 8-10-da birinci divizionun oyunları keçiriləcək.

Xəbər 418 dəfə oxundu.