"Araz"ın son rəqibi də müəyyənləşib
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparacaq Azərbaycan çempionu "Araz"ın son rəqibi də müəyyənləşib. Bu, ilkin seçmə mərhələnin C qrupunda I yeri tutan İrlandiyanın EİD komandasıdır. Bu il iyulun 4-də İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində "Araz"ın futzal üzrə UEFA kubokunun əsas mərhələsinin 6-cı qrupunda çıxış edəcəyi müəyyənləşmişdi. Həmin qrupda "Araz" Hollandiyanın "Eyndhoven", Macarıstanın "Qyor" və İrlandiyanın EİD klubları ilə mübarizə aparacaq.

Xəbər 884 dəfə oxundu.