Oğlanlar arasında futbol üzrə seçmə yarış keçiriləcək
Bu gün Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında futbol üzrə seçmə yarış keçiriləcək.

Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

Turnir xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisələrin şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan idmançılar arasında xüsusi Olimpiya proqramına uyğun keçiriləcək.

Seçmə yarışda 170-ə yaxın atlet iştirak edəcək.

Xəbər 283 dəfə oxundu.