Azərbaycan milli komandası olimpiadalar tarixində ən yaxşı nəticəsini göstərib
Azərbaycan milli komandası olimpiadalar tarixində ən yaxşı nəticəsini göstərib. İdmançılarımız Yay Olimpiya Oyunlarındakı irəliləyişini Londonda da davam etdirib.

Hesabına 2 qızıl, 2 gümüş və 6 bürünc yazdıran yığmamız dünya ölkələri arasında 30-cu olub. Həmin mövqeni Polşa ilə bölən olimpiyaçılarımız tarixinin ən yaxşı nəticəsini göstəriblər.

4 il əvvəl Pekində əldə olunan göstəricini 9, 8 il əvvəl Afinadakı göstəricini 20 pillə yaxşılaşdıran yığmamız inkişaf tempini davam etdirdi. Yığmamız tarixində yalnız 1 dəfə 2004-cü ildə 4 il əvvəlki mövqeyini əldən verib. Əvəzində həmin 12 il əvvəlki rekord bu dəfə 4 addım yaxşılaşdırıldı.

Xəbər 924 dəfə oxundu.