İrlandiya - Azərbaycan oyunu başlayıb
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Millimiz A qrupundakı dördüncü oyununda İrlandiya yığmasının qonağıdır.

Dublin şəhərindəki “Aviva” stadionunda oynanılan görüşdə İrlandiya yığmasının start heyətində Qavin Bazunu, Şeymus Koulman, Şeyn Daffi, Con Eqan, Joş Kullen Mett Doerti, Ceyson Molumbi, Jayson Molumby, Aaron Connoly, Troy Parrot və Adam İdah yer alıblar.

Azərbaycan millisinin heyətində meydana Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Maksim Medvedev, Elvin Bədəlov, Anton Krivotsyuk, Emin Mahmudov, Qara Qarayev, Toral Bayramov, Mahir Emreli, Filip Ozobiç və Namik Ələskərov çıxıblar.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir. Ona yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərirlər. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirir.

Qeyd edək ki, 3 oyundan sonra xalı olmayan İrlandiya və Azərbaycan yığmaları 4-5-ci yerləri bölüşürlər.

Xəbər 310 dəfə oxundu.