Avstriya-Azərbaycan oyununu belaruslu hakimlər briqadası idarə edəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi FIFA referisi Amin Kurheli olacaq. Ona Yuri Xomçenko və Viktor Xetskov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.

Qeyd edək ki, senytabrın 7-də oynanılacaq Avstriya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. U-21 ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

Xəbər 598 dəfə oxundu.