Qadın güləşçilərimiz birinci MDB Oyunlarında yarışırlar
Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir.

Bu gün qadın güləşçilərin yarışı keçirilir.

Ölkəmizi məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Yasəmən Məcidli (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) təmsil edirlər.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz birinci MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.

Xəbər 447 dəfə oxundu.