Şahmatçımız Rauf Məmmədov Avropa çempionatında Rumıniya təmsilçisi ilə qarşılaşacaq
İslandiyanın paytaxtı Reykyavikdə keçirilən kişi şahmatçılar arasında Avropa çempionatında sentyabrın 4-də 10-cu turun partiyaları oynanılacaq.

Turnir cədvəlinin liderlərindən olan Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda rumıniyalı Boqdan-Daniel Deak ilə üz-üzə gələcək.

Digər şahmatçılarımızdan Nicat Məmmədov türkiyəli Mustafa Yılmaz, Nicat Abbasov yerli idmançı Qudmundur Kyartansson, Aydın Süleymanlı İngiltərə təmsilçisi Lorin Dkosta, Read Səmədov isə Lubomir Ftacnik ilə qarşılaşacaqlar.

Rauf Məmmədov 7 xalla 2-3-cü yerləri bölüşür. Digər şahmatçılarımız N.Məmmədov 6,5, N.Abasov, A.Süleymanlı və R.Səmədov 5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Xəbər 323 dəfə oxundu.