Azərbaycan millisi Serbiya yığmasına məğlub olub
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə ilk oyununu keçirib.

Serbiya millisi ilə oyun rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində Süleyman Damadayev fərqlənib.

U-19 turnirdə növbəti oyununu sentyabrın 5-də macarıstanlı yaşıdlarına qarşı keçirəcək.

Xəbər 314 dəfə oxundu.