Güləşçimiz Azərbaycana 3-cü qızıl medalı qazandırıb
Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

130 kq-da mübarizə aparan idmançı Belarus təmsilçisi Nikita Kovalski ilə qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Məmmədov Azərbaycana 3-cü qızıl medalı qazandırıb.

Xəbər 583 dəfə oxundu.