MDB oyunlarında daha iki medal
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında növbəti görüşlərinə çıxıblar.

87 kq çəki dərəcəsindəki Laçın Vəliyev bürünc medal uğrunda görüşdə Şəhriyar Juraboyevə (Özbəkistan) 3:1 hesabı ilə qalib gələrək 3-cü yerə çıxıb.

72 kq-da yarışan Qurban Qurbanov finalda rusiyalı Dmitri Adamova 0:8 hesabı ilə uduzub. İdmançımız gümüş medalla kifayətlənib.

Xəbər 858 dəfə oxundu.