Azərbaycan I MDB Oyunlarında ilk medalını qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qurban Konaliyevlə (Rusiya) üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Quluzadə qızıl medal qazanıb.

Bu, Azərbaycan komandasının I MDB Oyunlarında ilk medalı olub.

Xəbər 577 dəfə oxundu.