Xüsusi olimpiyaçı qızlar arasında futbol üzrə seçmə yarış keçiriləcək
Bu gün Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında qızlar arasında futbol üzrə seçmə yarış keçiriləcək.

Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

Yarış xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda, ailələrdən olan idmançılar arasında qızlar üzrə xüsusi Olimpiya proqramına uyğun keçiriləcək. Turnirdə 170-ə yaxın atlet iştirak edəcək.

Yarış 2022-ci ilin beynəlxalq yarışlarına seçmə xarakteri daşıyır.

Xəbər 290 dəfə oxundu.