Azərbaycan idmançıları citkundo üzrə dünya çempionatında səkkiz medal qazanıblar
Türkiyənin Adana şəhərində keçirilən citkundo üzrə dünya çempionatına yekun vurulub.

Yarışa Azərbaycandan 9 idmançı qatılıb. Təmsilçilərimiz çempionatı səkkiz medala başa vurublar.

Yeniyetmələr arasında Amin Əlili (52 kq), Zaur Quluzadə (56 kq), gənclərin yarışında Pərviz Abıyev (48 kq), Amal Məmmədov (52 kq), böyüklərin mübarizəsində isə Rəşad İsayev (+90 kq) və İlqar İbrahimov (90 kq) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımız Fərrux İbrahimov (67 kq) ikinci, Mehdi Salmanov (75 kq) isə üçüncü pillədə qərarlaşıblar.

Peşəkarlar arasında isə uşu üzrə dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov Mərakeş idmançısına qalib gələrək çitkundo üzrə dünya kəmərinin sahibi olub.

Yığma komandamız yarışda Elçin Eminovun rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 654 dəfə oxundu.