Çimərlik güləşçilərimiz dünya seriyasının mərhələ turnirində mübarizəyə başlayırlar
İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə dünya seriyasının mərhələ turniri start götürüb.

İki gün davam edəcək yarışda çimərlik güləşi üzrə millimiz baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında iştirak edəcək.

Dünya seriyasında ölkəmizin idman şərəfini Mahal Novruzov (70 kq), Omid Kamaliağdam (80 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) qoruyacaqlar.

Turnirin qrup mərhələsində mübarizəyə start verilib. Növbəti gün əvvəlcə qrupda son görüşlər keçiriləcək. Bakı vaxtı ilə saat 17:00-da isə yarımfinal və final görüşləri başlayacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev dünya seriyasında ədaləti qoruyacaq.

Xəbər 401 dəfə oxundu.