Oğlanlar arasında voleybol üzrə seçmə yarış keçirilib
Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında voleybol üzrə seçmə yarış keçirilib.

Seçmə yarış xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda təşkil olunub.

Yekun nəticələrə görə, birinci yeri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin komandası tutub. İkinci yerə Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin komandası sahib olub. Üçüncü pillədə isə Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin yığması qərarlaşıb.

Qeyd edək ki, yarışda hər biri 10 atlet olmaqla 17 komanda iştirak edib.

Xəbər 316 dəfə oxundu.