Yunan-Roma güləşçilərimiz dünya çempionatına Bakıda hazırlaşırlar
Yunan-Roma güləşi üzrə millimiz növbəti təlim-məşq toplanışını davam etdirir.

Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesi sentyabrın 8-dək davam edəcək. Hazırlıq prosesi qarşıdan gələn dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında baş tutan məşqlər gündə 2 dəfə olmaqla keçirilir. Məşqçilər korpusu yalnız çərşənbə və şənbə günləri bir məşqlə kifayətlənir.

Qeyd edək ki, dünya çempionatı Norveçin paytaxtı Osloda oktyabrın 2-dən 10-dək davam edəcək.

Xəbər 808 dəfə oxundu.