“Qətər-2022”: Azərbaycan millisinin qolkiperi ən çox “seyv” edən qapıçıdır
UEFA dünya çempionatının seçmə mərhələsinin dördüncü turunun ilk oyunlarında sonra statistik göstəriciləri açıqlayıb.

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçı ünvanına sahib çıxıb.

İyirmi yeddi yaşlı qolkiper yığmanın Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda iki dəfə komandasını real qoldan xilas edib. Ş.Məhəmmədəliyev əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 “seyv”lə yadda qalıb.

O, hazırda 21 qurtarışla siyahıya başçılıq edir.

Qeyd edək ki, sentyabrın 4-də İrlandiyanın qonağı olacaq Azərbaycan millisi sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.

Xəbər 333 dəfə oxundu.