Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Millimiz səfərdə Xorvatiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Velika Qoritsa şəhərindəki şəhər stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq Xorvatiya - Azərbaycan qarşılaşmasını Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Denis Şurman olacaq. Ona Aleksandr Korniyko və Viktor Nijnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Kopievski yerinə yetirəcək.

Xəbər 384 dəfə oxundu.