Kremena Kamenova özünə yeni komanda tapıb
“Lokomotiv”in müqavilə bağlamaqdan imtina etdiyi Kremena Kamenova özünə yeni komanda tapıb. Bakı təmsilçisi ilə “Çelenc Cup”ın qalibi olan və Super Liqanın gümüş mükafatını qazanan bolqarıstanlı voleybolçu karyerasını Rumıniyada davam etdirəcək.

O, “Şkiinta Bakau” ilə razılığa gələrək, 1 illik rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, ötən mövsüm başa çatdıqdan sonra “dəmiryolçuların” Kamenova ilə vidalaşacağını ilk olaraq saytımız yazmışdı.

Xəbər 1120 dəfə oxundu.